Yanvar-mart aylarında Azərbaycanda hava nəqliyyatı ilə 400 minə yaxın sərnişin daşınıb

Yanvar-mart aylarında Azərbaycanda hava nəqliyyatı ilə 400 minə yaxın sərnişin daşınıb
# 15 aprel 2015 06:56 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin I rübündə hava nəqliyyatı ilə 373,8 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1% çox sərnişin daşınıb.

Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, daşımanın 99,7%-i dövlət, 0,3%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib.

Bundan başqa, hava nəqliyyat növü ilə yükdaşıma 65,8% artaraq 25,2 min tona çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR