Azərbaycanda deputat oğlu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini təyin edilib - VİDEO

Azərbaycanda deputat oğlu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini təyin edilib - <span style="color: red;">VİDEO
# 05 noyabr 2015 12:22 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yeni rəis müavini təyin edilib.

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polkovnik-leytenant Elşad Məmmədov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini Qəhrəman Qələndərov tutduğu vəzifədən azad edilərək Yasamal rayon Polis İdarəsinin Yol Polisi Bölməsinə rəis təyin edilib.

Elşad Məmmədov millət vəkili Elman Məmmədovun oğludur. Buna qədər o, Yasamal rayon Polis İdarəsinin Yol Polisi Bölməsinin rəisi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR