SOCAR mayda neft hasilatını 10% azaldıb

SOCAR mayda neft hasilatını 10% azaldıb
# 14 iyun 2016 07:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin may ayında SOCAR tərəfindən 639 min ton neft hasil edilib.


"APA-Economics" SOCAR-ın açıqladığı statistik göstəricilərə istinadən xəbər verir ki, bu, 2015-ci ilin may ayı ilə müqayisədə 9,55% azdır. Bu ilin aprel ayı ilə müqayisədə isə SOCAR neft hasilatını 2,32% azaldıb.

Bu ilin yanvar-may aylarında isə SOCAR tərəfindən 3 mln. 161,7 min ton neft hasil edilib ki, bu da 2015-ci ilin yanvar-may ayları ilə müqayisədə 8,68% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 647 min ton, fevral ayında 605 min ton, mart ayında isə 646,2 min ton, aprel ayında isə 624,5 min ton neft hasil edilib.


Bu ilin may ayı ərzində ölkə üzrə 3 mln. 567,2 min ton neft hasil edilib ki, bu da daha əvvəlki ilin eyni ayı ilə müqayisədə 4,11% çoxdur. Bu ilin aprel ayı ilə müqayisədə isə bu rəqəm 2,81% çoxdur.

Bu ilin yanvar-may aylarında Azərbaycanda ümumilikdə 17 mln. 544,2 min ton neft hasil edilib ki, bu da 2015-ci ilin yanvar-may ayları ilə müqayisədə 0,65% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 3 mln. 518,2 min ton, fevralda 3 mln. 339,3 min ton, mart ayında 3 mln. 649,7 min ton, apreldə isə 3 mln. 469,8 min ton neft hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR