“Bank of Azerbaijan” və “Gəncəbank”ın əmanətçilərinə 900 min manata yaxın kompensasiya verilib

“Bank of Azerbaijan” və “Gəncəbank”ın əmanətçilərinə 900 min manata yaxın kompensasiya verilib
# 17 iyun 2016 16:28 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.

Əmanətlərin Sığortalanması Fondundan “APA-Economics”ə verilən məlumata görə, seçilmiş agent banklar tərəfindən “Bank of Azerbaijan”ın sənədləri qaydasında olan qorunan əmanətçilərinə 24,036 min manat kompensasiya ödənilib.

Qeyd edək ki, “Bank of Azerbaijan”ın qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.

Sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin sənədləri qaydasında olan qorunan əmanətçilərinə isə indiyədək 871 min manat kompensasiya ödənilib.

Xatırladaq ki, “Gəncəbank”da 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş verib və bankın qorunan əmanətçilərindən ərizələrin qəbuluna 04 fevral 2016-cı il tarixindən etibarən başlanılıb.

Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” və “Gəncəbank”ın qorunan əmanətçilərinə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR