Rusiya Dövlət Duması: Qardaş Ermənistana soyqırımın 100-cü ildönümü münasibətilə başsağlığı veririk

Rusiya Dövlət Duması: Qardaş Ermənistana soyqırımın 100-cü ildönümü münasibətilə başsağlığı veririk
# 24 aprel 2015 14:56 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bəyanatda bildirilir:

“Dövlət Duması erməni soyqırımının 100-cü ildönümü münasibətilə qardaş Ermənistana və Birinci Dünya müharibəsi zamanı zərər çəkən digər xalqlara dərin hüznlə başsağlığı verir və hesab edir ki, tarixin mürəkkəb məsələlərini və beynəlxalq mübahisələri planetdə möhkəm sülh və təhlükəsizlik naminə sülh yolu ilə, diplomatik səylərlə həll etmək vacibdir. Dövlət Dumasının deputatları əmindirlər ki, Avrasiya qitəsi sülh və quruculuq, bərabərhüquqlu əməkdaşlıq və mehriban qonşuluğa dair nümunə ola bilər və olmalıdır. Avrasiya İqtisadi İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi beynəlxalq qurumların fəaliyyəti buna nail olmağa əsas yaradır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR