Bərdədə avtomobil su kanalına düşüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB-1 - VİDEO

Bərdədə avtomobil su kanalına düşüb, 2 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB-1  - <span style="color: red;">VİDEO
# 05 oktyabr 2015 21:50 (UTC +04:00)

 

 

APA-nın Qarabağ bürosunun məlumatın görə, Bərdə rayon polisi qəza törətdikdən sonra qaçan sürücünü axtarır. Hadisə yerinə gələn FHN-nin Qarabağ Regional İdarəsinin xilasetmə qrupu maşını kanaldan çıxardıb. Bərdə rayon Dövlət Yol Polis idarəsinin əməkdaşları isə avtomobili cərimə meydançasına aparıb.

 

APA-nın Qarabağ müxbirinin hadisə şahidlərindən əldə etdiyi məlumata görə,  kanala düşən maşından 4 nəfər çıxıb. Sürücü və sərnişinlərdən biri hadisə yerindən uzaqlaşıb. Hadisə yerinə gələn yerli sakinlər, ağır vəziyyətdə olan digər sərnişinlər Hafiz Abdullayev və Emil İsmayılovu Bərdə Mərkəzi rayon Xəstəxanasına çatdırıblar. 

 

***

 

22:25

 

Bərdə. Ziya Əmirxanlı – APA. Bərdənin Həsənqaya kəndində "Niva" markalı avtomobil kanala düşdüyü an içərisində 1 sürücü və 3 sərnişin olub.

 

 

APA-nın Qarabağ bürosunun məlumatına görə, onlardan ikisi artıq  xəstəxanaya yerləşdirilib.

 

1974 cu il təvəllüdlü Bərdə rayon Qarağacı kənd sakini Abdullayev Hafiz Fəzail oğlu və Yevlax şəhər sakini 1993-cü il təvəllüdlü İsmayılov Emil Məhərrəm oğlu Bərdə Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.

 

Xəstəxanadan APA-ya bildirilib ki, xəstələrin vəziyyəti orta ağır qiymətləndirilir.

 

***

21:41

 

APA-nın Qarabağ bürosunun məlumatına görə,  FHN-nin qüvvələri hadisə yerinə cəlb olunub.

 

Avtomobilin salonunda 3 nəfər olub. 

 

İlkin ehtimala görə, avtomobildəkilər yaxınlıqdakı kafedən çıxıblarmış və sürücü sərxoş olub. Hadisənin təfərrüatları müəyyənləşdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR