Türkiyədən Azərbaycana soyuq silahların keçirilməsinin qarşısı alınıb

Türkiyədən Azərbaycana soyuq silahların keçirilməsinin qarşısı alınıb
# 05 noyabr 2015 13:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mülki dövriyyəsi qadağan edilən soyuq silahların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

DGK Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, belə ki, ayrı-ayrı vaxtlarda Antalya-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşları Fərid Həsənbəyov və Tural Səmədzadə gömrük nəzarətindən keçərkən onların baqajları rentgen aparatı vasitəsilə yoxlanılıb və monitorda dəyənəyə oxşar əşyaların təsvirləri görünüb.

Təkrar yoxlama zamanı F. Həsənbəyova məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından 3 ədəd, T. Səmədzadənin çantasındakı şəxsi əşyaların arasından isə 1 ədəd metaldan hazırlanmış dəyənəklər aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin predmetlər dəyənək tipində kustar üsulla hazırlanmış, vurucu-əzici xassəyə malik soyuq silahlardır.

Hər iki faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR