Bakıda qəzaya uğrayan maşın tamamilə yanıb - FOTOSESSİYA - VİDEO

Bakıda qəzaya uğrayan maşın tamamilə yanıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 24 mart 2015 21:20 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bir qədər əvvəl Bakıda yol-nəqliyyat hadisəsi baş verib, qəzaya uğrayan maşın yanıb. APA-nın məlumatına görə, hadisə Heydər Əliyev prospektində, "Koroğlu" metrostansiyasının yaxınlığında baş verib. "Opel Mokka" markalı, 10 EA 020 dövlət nömrə nişanlı avtomobil Heydər Əliyev prospekti ilə şəhər mərkəzi istiqamətində yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə avtomobil prospektdə əsas və köməkçi yolları ayıran arakəsməyə çırpılıb. Daha sonra avtomobil bir neçə metr sürüşüb və yanmağa başlayıb. Yüngül xəsarət alan sürücü alışan maşını tərk edə bilib.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları cəlb edilib. Qəzaya uğrayan avtomobil tamamilə yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR