ATƏT Donbasın Şirokino qəsəbəsində döyüşləri dayandırmağa çağırıb

ATƏT Donbasın Şirokino qəsəbəsində döyüşləri dayandırmağa çağırıb
# 23 mart 2015 20:42 (UTC +04:00)

Bakı-APA. ATƏT-in Ukraynadakı müşahidəçi missiyasının rəhbəri Ərtoğrul Apakan ölkənin şərqində yerləşən Şirokino qəsəbəsində baş verən döyüşlərə son qoymağa çağırıb.

APA-nın məlumatına görə, ATƏT-in rəsmi saytındakı bəyanatda belə deyilir.

“Mən münaqişə tərəflərini hərbi əməliyyatları dərhal dayandırmağa, Minsk razılaşmalarının müddəalarını yerinə yetirməyə, Şirokino qəsəbəsinə humanitar yardımın göstərilməsi, ATƏT müşahidəçilərinin əraziyə daxil olmasına şərait yaratmağa çağırıram”, Ə.Apakanın bəyanatında qeyd olunur.

“Hər iki tərəf adıçəkilən ərazidə Minsk razılaşmasının bir çox müddəalarını pozmaqda davam edir”, bəyanatda vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR