Astarada sel sularının yaratdığı fəsadlar aradan qaldırılır - FOTOSESSİYA - VİDEO

Astarada sel sularının yaratdığı fəsadlar aradan qaldırılır - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 10 noyabr 2015 15:04 (UTC +04:00)

Astara. Ağəddin Babayev - APA. Astara şəhərində sel sularının yaratdığı problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. APA-nın cənub bürosunun məlumatına görə, təbii fəlakətin baş verdiyi ərazidə ağır texnikaların və canlı qüvvənin müdaxiləsi ilə intensiv işlər aparılır. Astara Rayon İcra Hakimiyyətində (RİH) yaradılmış fövqəladə qərargahın üzvləri vəziyyətdən çıxış yollarını müzakirə etdikdən sonra subasmaya məruz qalmış yolun yatağının təxminən 2 metr dərinlikdə qazılmasına qərar veriblər. Belə ki, ərazidə toplanmış sel sularının axınını tənzimləmək məqsədilə 150 metrlik məsafədə 500 mm-lik borular çəkilir. Məqsəd isə suyun dənizə çıxışını təmin etməkdən ibarətdir. Təbii fəlakətin nəticələrinin aradan qaldırıldığı ərazidə qrunt sularının çoxluğu, həmçinin yeraltı kommunikasiya xətlərinin keçməsi işin sürətinə mane olsa da, aidiyyati qurumlar, o cümlədən Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən lazımi tədbirlər görülür.

Qeyd edək ki, son günlər yağan intensiv yağıntılar cənub bölgəsinin Lənkəran və Masallı rayonları ilə yanaşı, Astarada da ciddi problemlərə səbəb olub. İlkin məlumatlara görə, təkcə Astara şəhərinin mərkəzi ərazilərində 200-ə yaxın yaşayış evi və fərdi təsərrüfat su altında qalıb. Çoxlu sayda ev quşlarının tələf olması, evlərin divarlarında çatların əmələ gəlməsi, zirzəmilərdə qorunub saxlanılan ərzaq məhsullarının korlanması ilə vətəndaşlara xeyli miqdarda maddi ziyan dəyib. 20-dən çox sakin evlərini tərk edərək qohumlarının yanında məskunlaşıb.

Astara RİH aparatından verilən məlumata görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər tamamlanacağı təqdirdə həyətlərdəki suyun səviyyəsini günün sonuna kimi minimuma endirmək mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR