“Nikoyl Bank” “Premium” sinfi plastik kartlar üzrə tarifləri azaldıb

“Nikoyl Bank” “Premium” sinfi plastik kartlar üzrə tarifləri azaldıb
# 06 iyun 2016 15:26 (UTC +04:00)

Bakı. APA-Economics. “Nikoyl Bank” həm mövcud, həm də yeni müştərilərə göstərilən xidmət səviyyəsinin yaxşılaşdırması istiqamətində daima çalışır. Bankdan “APA-Economics”ə verilən xəbərə görə, bu gün “Visa Gold”, “Master Card Gold” və “Visa Platinum” “Premium” sinfi plastik kartlarının hər bir yeni sahibi müasir və nüfuzlu ödəmə vasitəsinə malik olmaqla yanaşı, həm də kart qalığına illik 8% həcmində gəlir və bir sıra əlavə üstünlüklər əldə edəcək.

Əlverişli faiz şərtlərindən başqa, bu nüfuzlu kartlar növünün bütün yeni sahiblərinə pulsuz xidmətlər və əlavə imtiyazlar veriləcək, bunların içində “sms-notification” və “mobile banking” xidmətləri mövcuddur.

Qeyd etmək lazımdır ki, “Visa Gold”, “Master Card Gold” və “Visa Platinum” kartlarının sahibləri “Visa” və “Master Card” rəsmi nümayəndələri tərəfindən təşkil edilmiş bütün aksiyalarda və lotereyalarda avtomatik olaraq iştirak etmək imkanı qazanırlar. Aksiya sentyabr ayının sonunadək davam edəcək.

Müştərilər ətraflı məlumat üçün aşağıda göstərilən linkdən istifadə edib http://nikoil.az/az/companies/ və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Bu gün “Nikoyl Bank” əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:

https://www.facebook.com/bank.nikoil

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR