Bakının kommersiya obyektləri dəyərdən düşür - ARAŞDIRMA

Bakının kommersiya obyektləri dəyərdən düşür - <span style="color: red;">ARAŞDIRMA
# 23 aprel 2015 12:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin mart ayı ərzində Bakı şəhərinin qeyri-yaşayış sahələri bazarında ilin əvvəlki ayları ilə müqayisədə ümumilikdə təklif portfelini formalaşdıran 6 seqment (mağaza, yer, xidmət, ofis, zirzəmi, sənaye) üzrə aktivliyin və qiymətlərin azalması ilə yadda qalıb. Buna da əsas səbəb kimi kommersiya obyektləri bazarında aktivlik səviyyəsinin aşağı düşməsini göstərmək olar.

APA-Economics”in "MBA Consulting Group" tərəfindən paytaxtın kommersiya obyektləri bazarında aparılan monitorinqin nəticələrinə istinadən verdiyi məlumata görə, bu il son mart ayı ərzində qiymətlərin azalması ilə yanaşı ümumi satış portfelində təkliflərin sayının da ciddi şəkildə azalması baş verib.

Fevral ayında ölkədə baş verən devolvasiya nəticəsində mart ayında kommersiya obyektləri bazarında vəziyyət xeyli passivləşib. Hesabat dövründə daşınmaz əmlak alqı-satqı mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq bağlanan əqdlərin dinamikasında əvvəlki ayla müqayisədə azalma qeydə alınıb. Ümumilikdə müxtəlif qəzet və elanlarda, internet səhifələrində satış məqsədi ilə reklama çıxarılan və alqı-satqı ofislərinə təklif olunan obyektlərin sayı ay ərzində 5% azalaraq 192 ədəddən 182 ədədə qalxıb. Kommersiya obyektləri bazarında bağlanan əqdlərin sayı mart ayında 75 ədəd təşkil edib.

Satış məqsədi ilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində əsas paya 70%-lə “boş yer” təyinatlı sahələr malikdir (bu tip obyektlər o obyektlərdir ki, hansılar ki, təyinatı dəqiq deyil, və onlar ofis, mağaza və ya xidmət təyinatı altında istifadə oluna bilərlər). Xidmət və mağaza təyinatlı yerlər isə bazarda müvafiq olaraq 14% və 10% paya sahibdirlər. Satışda olan ofis təyinatlı yerlərin sayı ümumi payın 5,2%-nə malikdir. Zirzəmi təyinatlı obyektlər isə ümumi payın 0,8%-ni təşkil edir.

Qeyri-yaşayış obyektlərinin orta sahəsi mart ayı üçün 236,4 kv.m təşkil edib ki, bu da öz növbəsində ötən aya nisbətən 24% çoxalıb. Sahənin çoxalmasına əsas səbəb kimi əmlak bazarında ayrıca böyük sahələrə malik tikili obyektlərinin satışa təklifinin çoxalması ilə əlaqələndirmək olar. Araşdırmalar nəticəsində Bakı şəhərində ən böyük sahə Nərimanov rayonunda, Montin qəsəbəsində “boş yer” təyinatlı sahə qeydə alınıb, 2 500 kv.m. Ən az sahəyə isə Nərimanov rayonunda, “Nəriman Nərimanov” m/st yaxınlığında 18 kv.m sahəyə malik olan mağaza qeydə alınıb.

Bazarda qiymətlər

Əvvəlki aylarla müqayisədə, bu ilin mart ayında kommersiya obyektləri satışı bazarında müşahidə edilən azalma dinamikası, orta qiymətə də öz növbəsində təsir edib. Mart ayı üçün bazarda orta satış qiyməti əvvəlki ay ilə müqayisədə 15,17% azalaraq 3 748 dollar/kv.m, milli valyuta olan manat ilə isə 13,56% artaraq 3935 manat/kv.m təşkil edib. Mart ayında aktivliyin azalması, obyektlərin satışının ekspozisiya müddətinin artmasına səbəb olub. Ay ərzində qeyri-yaşayış sahələri bazarında obyektlərin satış ekspozisiya müddəti 188 gün təşkil edib.

Mart ayında qeyri-yaşayış sahələrinin alqı-satqısı qiymətlərinin azalması ilə yanaşı, obyektlərin icarəsi bazarında da qiymətlərdə azalma müşahidə edilib. Bakı şəhəri üzrə 1 kv.m qeyri-yaşayış sahəsinin orta icarə qiyməti 14.35 dollar/kv.m. ay təşkil edib. Ay üzrə qiymət indeksi ötən ilin müvafiq ayı ilə müqayisədə 20%, ötən fevral ayı ilə müqayisədə isə 15% azalaraq 5,25 bənddə qərarlaşıb.


Qiymətlərin azalması son ayda zonalar üzrə də müşahidə edilib. Aydın səbəblərdən ümumilikdə dollar məzənnəsi ilə qiymətlərdə enmə müşahidə edilsə də, milli valyuta olan manat məzənnəsi ilə isə qiymətlərdə artım qeydə alınıb.


Qeyri-yaşayış sahələri üzrə orta qiymət dəyişməsi seqmentlər üzrə aşağıdakı formada qeydə alınıb:


Zonalar üzrə obyektlərin icarə qiymətlərində manat məzənnəsi ilə artım, 11.36%, dollar məzənnəsi ilə isə 16,81% azalma qeydə alınıb.


Cədvəldən də göründüyü kimi, şəhərin II zonasında artım digər zonalara nisbətdə daha çox qeydə alınıb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR