Azərbaycan BTC ilə neftin nəqlini 6%-ə qədər artırıb

Azərbaycan BTC ilə neftin nəqlini 6%-ə qədər artırıb
# 03 aprel 2015 15:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin mart ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 521 925 ton Azərbaycan nefti nəql olunub.

APA-Economics”in Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, bu, ötən ilin mart ayı ilə müqayisədə 5,7% çoxdur.

Bu ilin yanvar-mart aylarında bu kəmərlə 7 222 202 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il aprel ayının 1-ə qədər BTC-yə 271 062 048 ton neft vurulub.

Bundan başqa, bu ilin mart ayında BTC kəməri ilə 374 500 ton Qazaxıstan və 300 333 ton Türkmənistan nefti nəql olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR