Lənkəranda dəniz sahilində Bakı sakininin meyiti tapılıb - VİDEO

Lənkəranda dəniz sahilində Bakı sakininin meyiti tapılıb - <span style="color: red;">VİDEO
# 08 avqust 2015 08:24 (UTC +04:00)

APA-nın Lənkəran bürosunun məlumatına görə, meyit səhər saatlarında yerli sakinlər tərəfindən aşkarlanıb.

Hadisə yerinə dərhal yerli hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.

Araşdırmalardan sonra meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1950-ci il təvəllüdlü, 10 ilə yaxın müddətdə həmin kənddə yaşayan Asəf Zaman oğlu Göyüşov olduğu müəyyənləşdirilib.

Meyit daxili və xarici müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə göndərilib.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR