“Bakcell” 10% bonuslu 3 manat nominallı ödəmə kartlarının satışına başlayıb

“Bakcell” 10% bonuslu 3 manat nominallı ödəmə kartlarının satışına başlayıb
# 18 avqust 2015 09:45 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti mövcud ödəmə kartları ilə yanaşı abunəçilərin istifadəsi üçün 3 manat nominallı yeni ödəmə kartlarının satışına başlayıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Bakcell” həmçinin yeni 3 manatlıq ödəmə kartının istifadəyə verilməsi ilə yanaşı, “CIN” abunəçiləri üçün yeni kampaniyaya start verib. Bu kampaniya çərçivəsində balansını yeni 3 manatlıq ödəmə kartı ilə artıran “CIN” abunəçiləri yüklədikləri məbləğin 10%-i dəyərində bonus qazanacaqlar.

Abunəçilər əldə olunan bonusları şəbəkədaxili zəng, SMS, MMS və mobil internet üçün istifadə edə bilərlər. 3 manat nominallı ödəmə kartlarının istifadə müddəti 30 gün təşkil edir.

Beləliklə, “Bakcell” şirkəti bundan sonra abunəçilərə bu nominallı kartlar təklif edəcək: 1 manat, 2 manat, 3 manat, 5 manat, 10 manat və 20 manat.

Yeni kartla əlaqəli kampaniya barədə məlumat əldə etmək üçün *555#YES kodunu yığmaq yetərlidir. Bu sorğu üçün abunəçinin balansından heç bir məbləğ tutulmur.

Yeni 3 manat və digər nominallı ödəmə kartları barədə ətraflı məlumatı www.bakcell.com keçidindən istifadə edərək əldə etmək olar.

Qeyd edək ki, Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. “Bakcell”, “Sür@” ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan “Bakcell”, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan “Bakcell” şirkəti öz “Sür@” xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 1000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində “Bakcell” abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.

“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR