Əli Abbasov mobil operatorlara xəbərdarlıq edib - FOTO

Əli Abbasov mobil operatorlara xəbərdarlıq edib - <span style="color: red;">FOTO
# 29 may 2015 11:14 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Azərbaycandakı mobil operatorların fəaliyyəti orta vəziyyətdədir”.

APA-Economics” xəbər verir ki, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyində I Avropa Oyunlarına hazırlığın vəziyyəti üzrə keçirilən iclas zamanı BAOƏK-in nümayəndəsi Roman Kilişek bildirib.

R.Kilişekin sözlərinə görə, bu sahədə təkmilləşdiriləsi işlər çoxdur. “Şəbəkə müəyyən qədər məqbul səviyyədə işləyir. “Azercell” və “Bakcell” nisbətən yaxşı fəaliyyət göstərirlər. Bu sahədə təkmilləşməyə ehtiyac var”, - deyə R.Kilişken vurğulayıb.

Bundan sonra rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov mobil operatorlara xəbərdarlıq edib və çatışmazlıqların tez bir zamanda aradan qaldırılmasını tələb edib. Nazir mobil operatorların lisenziya müddətinin yaxınlaşdığını vurğulayaraq fəaliyyətlərinin lisenziyanın artırılması məsələsinə təsir edəcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR