Bilik Fondu “İlboyu bilik” proqramı çərçivəsində “Oxuyaq, oxudaq!” aksiyası keçirib

Bilik Fondu “İlboyu bilik” proqramı çərçivəsində “Oxuyaq, oxudaq!” aksiyası keçirib
# 23 sentyabr 2015 13:37 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Prezident yanında Bilik Fondu “İlboyu bilik” proqramı çərçivəsində “Oxuyaq, oxudaq!” aksiyası keçirib. Fonddan APA-ya verilən məlumata görə, tədbirin mahiyyəti asudə vaxtın səmərəli təşkilidir: dükanda, bazarda çalışan, alış-veriş edən, avtobus, taksi sürücüləri və sərnişinlər boş vaxtlarını kitab oxumaqla keçirə bilərlər.

Aksiyada 100-dən artıq kitab oxuculara təqdim olunub.

Paylanılan kitabların bir qismini Bilik Fondu alıb, bir qismini də könüllülər toplayıblar.

Bilik Fondunda kitab yığmaq üçün xüsusi şəffaf qutu var. Fonda gələn qonaqlar, könüllülər, əməkdaşlar oxuduqları kitabı həmin qutuya qoyurlar, sonradan həmin kitablar başqa oxuculara çatdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR