Ağcabədidə 21 yaşlı oğlan özünü asıb

Ağcabədidə 21 yaşlı oğlan özünü asıb
# 09 iyul 2015 14:55 (UTC +04:00)

Ağcabədi. Teymur Zahidoğlu - APA. Azərbaycanın Ağcabədi rayonunda intihar hadisəsi baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Hacıbədəlli kənində, bu gün səhər saatlarında qeydə alınıb.

1994-cü il təvəllüdlü kənd sakini Həsənzadə İntizam İslam oğlu yaşadığı evdə özünü asaraq öldürüb.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR