Suriyada İŞİD silahlıları 48 nəfəri edam edib

Suriyada İŞİD silahlıları 48 nəfəri edam edib
# 30 may 2016 18:37 (UTC +04:00)

Bakı-APA. Suriyada İŞİD terror qruplaşmasının silahlıları kürdlərin başçılıq etdiyi “Suriya Demokratik Qüvvələri” ilə əlaqədə şübhəli bilinən 48 nəfəri edam edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə mayın 27-də baş verib.

Bildirilir ki, silahlılar dinc sakinləri bir yerə toplayaraq edam ediblər. Qeyd edək ki, “Suriya Demokratik Qüvvələri” hazırda İŞİD-in nəzarəti altında olan Suriyanın Rakka və Tabka şəhərlərinin azad edilməsi uğrunda döyüşlərdə iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR