Bank Of Baku

Prezident İlham Əliyev Birgə İnvestisiya Fondunun səmərəli fəaliyyət göstərdiyini bildirib

Prezident İlham Əliyev Birgə İnvestisiya Fondunun səmərəli fəaliyyət göstərdiyini bildirib
# 23 avqust 2026 17:17 (UTC +04:00)

Prezident İlham Əliyev Birgə İnvestisiya Fondunun səmərəli fəaliyyət göstərdiyini bildirib.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Prezident İlham Əliyev bildirib.

“Prioritet təşkil edən istiqamətlər barədə siz ətraflı danışdınız. Mən öz tərəfimdən sizinlə müzakirə etdiyimiz məsələlərdən birini – Birgə İnvestisiya Fondumuzun potensialını əlavə etmək istərdim. Mənə məruzə etdilər ki, artıq 500 milyon dolların təxminən 160 milyon dolları hansı istiqamətdə investisiya qoyulacağı müəyyənləşdirilib. Təbii ki, düşünürəm ki, biz bu vəsaiti tezliklə istifadə edəcəyik və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcəyik. Həmçinin qeyd etməliyəm ki, Azərbaycanın müxtəlif ölkələrlə bu cür əməkdaşlıq formatları mövcuddur, lakin mən deyərdim ki, ən səmərəli və nəticəyə yönəlmiş Fond məhz Özbəkistan-Azərbaycan Fondudur.

Lakin nəzərdə tutduğumuz və artıq müqavilələri bağlanmış layihələr üzrə investisiyaların həcmi Fondun həcmindən xeyli çoxdur. Bu təqdimatda qeyd edildi ki, yalnız Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya qoyulması planlaşdırılır. Həmçinin Daşkənddə yaradılan, otel və yaşayış kompleksləri ilə bağlı layihələr bu investisiya fondunun çərçivəsindən kənardadır. Buna görə də, ümumilikdə investisiya portfelinə nəzər salsaq, onun müəyyən etdiyimiz 500 milyon dollardan daha böyük olduğunu görərik”, - deyə dövlət başçısı qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR