İsrailin Qəzza zolağına hücumu nəticəsində 260 fələstinli ölüb, 1980 nəfər yaralanıb

İsrailin Qəzza zolağına hücumu nəticəsində 260 fələstinli ölüb, 1980 nəfər yaralanıb
# 18 iyul 2014 10:21 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. İyulun 7-dən bəri İsrailin Qəzza zolağına hücumu nəticəsində 260 fələstinli ölüb, 1980 nəfər yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fələstinin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra deyib.

Ə. Kudra bildirib ki, təcili yardım dəstələri İsrailin ötən gecə bombaladığı Rəfah və Han Yunus şəhərlərində dağıntılar altından 10 cəsəd çıxarıblar.

İsrail ordusunun qərargahından mətbuata verilən açıqlamada isə 143 hədəfin vurulduğu qeyd olunur. İsrail ordusunun rəsmiləri bildiriblər ki, Qəzza sərhədində baş verən qarşıdurmada 14 nəfər Fələstin əsgəri öldürülüb.

Öz növbəsində HAMAS təşkilatı bəyan edib ki, ötən gün İsrailin 4 şəhərinə 98 M-75 raketi atılıb, snayperlər tərəfindən bir İsrail hərbçisi öldürülüb.

“Anadolu” agentliyinin İsrail mətbuatına istinadən yaydığı digər məlumatda bildirilir ki, Qəzza zolağına üç fərqli istiqamətdən girməyə çalışan İsrail xüsusi təyinatlıları fələstinlilərlə qarşıdurmadan sonra geri çəkiliblər. Nəticədə bir İsrail əsgəri öldürülüb, iki nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR