Sumqayıtda elektrik enerjisindən qeyri-qanuni istifadə edənlərə qarşı reyd keçirilib

Sumqayıtda elektrik enerjisindən qeyri-qanuni istifadə edənlərə qarşı reyd keçirilib
# 27 avqust 2014 08:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərenerji” ASC-nin Sumqayıt Elektrik Şəbəkəsində reydlər keçirilib.

“Azərenerji” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Sumqayıt Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində bu il keçirilmiş reydlər zamanı elektrik enerjisindən qeyri-qanuni istifadə edən istehlakçılar aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilib və qayda pozuntularına görə qanunvericiliyə uyğun digər tədbirlər görülüb.

İyul ayında sözügedən müəssisənin xidmət ərazisində 73,3 mln. KV/saata yaxın elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 1,4 mln. KV/saata yaxın azdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 14,5 mln. KV/saata yaxın olub. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə istehlak 2,4 mln. KV/saata yaxın artıb.

Bu ilin 7 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin eyni dövründəki istehlakla müqayisədə 22,4 mln. KV/saatdan çox azalaraq 535,8 mln. KV/saata yaxın olub. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə 139,6 mln. KV/saata yaxın elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 23 mln. KV/saata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR