Bakıda ödəmə terminalından pul oğurlayan şəxs tutulub

Bakıda ödəmə terminalından pul oğurlayan şəxs tutulub
# 30 oktyabr 2015 10:03 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda ödəmə terminalından pul oğurlayan şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Xətai rayon 37-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da Xocalı prospektində quraşdırılmış “Milli Ön” ödəmə terminalından 1100 manat oğurlamış Bakı şəhər sakini Andrey Pavlenko tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR