ABŞ: “İŞİD” Liviyada təlim düşərgələri yaradıb

ABŞ: “İŞİD” Liviyada təlim düşərgələri yaradıb
# 04 dekabr 2014 04:24 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ ordu generalı Devid Rodriqes bəyan edib.

ABŞ Silahlı Qüvvələri Afrika komandanlığının başçısı deyib ki, adıçəkilən düşərgələrdə bir neçə yüz silahlı təlim keçə bilər. “Baxmayaraq ki, Liviyada “İŞİD”in təlim bazaları nisbətən zəifdir, biz orada baş verənləri diqqətlə izləyirik”, deyə D.Rodriqes bildirib.

Onun sözlərinə görə, hazırda Liviyadakı düşərgələr hədəfdə olmasalar da, terrorçuların mövqelərinə hava zərbələrinin endirilməsi məsələsi artıq gündəmdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR