Rusiya və Belarusun Azərbaycandakı səfirləri İmişli rayonuna səfər ediblər

Rusiya və Belarusun Azərbaycandakı səfirləri İmişli rayonuna səfər ediblər
# 03 dekabr 2014 10:21 (UTC +04:00)

Bakı – APA. Rusiya və Belarusun Azərbaycandakı səfirləri “Rossotrudniçestvo”nun ölkəmizdəki nümayəndəliyin rəhbəri Valentin Denisovla birgə İmişli rayonuna səfər ediblər.

APA-nın məlumatına görə, Vladimir Doroxin və Nikolay Patskeviç səfər çərçivəsində İmişli rayonunun icra başçısı Vilyam Hacıyev və yerli mütəxəssislərlə görüşüblər.

Görüş zamanı Rusiya və Belarusun regionları ilə əlaqələrin inkişafı məsələləri müzakirə olunub, qonaqlar İmişlinin sosial-iqtisadi inkişafı barədə məlumatlandırılıb. Sonra səfirlər İmişli şəkər zavoduna baş çəkiblər.

Diplomatlar həmçinin İkinci Dünya Müharibəsi veteranları və İmişlinin rus icmasının nümayndələri ilə görüşüblər.

Səfər çərçivəsində qonaqlar İmişlidə 5 saylı məktəb-liseydə, habelə 4 saylı uşaq bağçasında olublar. “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi adından məktəbə və uşaq bağçasına müxtəlif kitablar hədiyyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR