“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibi müəyyənləşib

“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibi müəyyənləşib
# 17 iyul 2015 15:07 (UTC +04:00)

Bakı – APA. Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə növbəti mərhələnin 15 cütü müəyyənləşib.

Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibi bəlli olub. II təsnifat mərhələsində Monteneqro “Rudar”l ilə görüşən Ağdam klubu bu səddi adlasa, daha çətin sınaq qarşısında olacaq.

Çünki Bakıdakı ilk görüşü qolsuz heç-heçə ilə başa çatan “Qarabağ” – “Rudar” cütünün qalibi Şotlandiya təmsilçisi “Seltik”lə qarşılaşa bilər. Çünki “zolaqlılar”ın ilk oyunda 2:0 hesabı ilə məğlub etdiyi İslandiya “Styarnan”ı ilə cavab oyununda büdrəyəcəyi inandırıcı görünmür.

Türkiyə təmsilçisi “Fənərbaxça” isə Ukrayna “Şaxtyor”u ilə qarşılaşacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları iyulun 28-29-da və avqustun 4-5-də keçiriləcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi

“Sarayevo” (Bosniya və Herseqovina) - “Lex” (Polşa) cütünün qalibi - “Bazel” (İsveçrə)

“Ludoqorets” (Bolqarıstan) - “Milsami” (Moldova) cütünün qalibi - “Skenderbeu” (Albaniya) - “Kruzaders” (Şimali İrlandiya) cütünün qalibi

“Seltik” (Şotlandiya) - “Styarnan” (İslandiya) cütünün qalibi - “QARABAĞ” (AZƏRBAYCAN) - “Rudar” (Monteneqro) cütünün qalibi

“Trençin” (Slovakiya) - “Styaua” (Rumıniya) cütünün qalibi - “Partizan” (Serbiya) - “Dila” (Gürcüstan) cütünün qalibi

“Ventspils” (Latviya) - HİK (Finlandiya) cütünün qalibi - “Maribor” (Sloveniya) - “Astana” (Qazaxıstan) cütünün qalibi

“Midtyulland” (Danimarka) - “Linkoln” (Cəbəllütariq) cütünün qalibi - APOEL (Kipr) - “Vardar” (Makedoniya) cütünün qalibi

“Hibernians” (Malta) - “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi - “Viktoriya” (Çexiya)

“Dinamo” (Xorvatiya) - “Fola” (Lüksemburq) cütünün qalibi - “Molde” (Norveç) - “Pünik” (Ermənistan) cütünün qalibi

TNS (Uels) - “Videoton” (Macarıstan) cütünün qalibi - BATE (Belarus) - “Dandalk” (İrlandiya) cütünün qalibi

“Zalsburq” (Avstriya) - “Malmö” (İsveç) - “Jalgiris” (Litva) cütünün qalibi

“Fənərbaxça” (Türkiyə) - “Şaxtyor” (Ukrayna)

“Rapid” (Avstriya) - “Ayaks” (Hollandiya)

“Panatinaikos” (Yunanıstan) - “Brügge” (Belçika)

“Yanq Boyz” (İsveçrə) - “Monako” (Fransa)

MOİK (Rusiya) - “Sparta” (Çexiya)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR