İSB "Audatex Azerbaijan"ın 5%-nə yiyələnmək niyyətindədir

İSB "Audatex Azerbaijan"ın 5%-nə yiyələnmək niyyətindədir
# 23 iyun 2016 08:51 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. İyulun 4-5-də İcbari Sığorta Bürosunun (İSB), Maliyyə Bazarlarına Nəzarət Palatasının və "Audatex" şirkətinin rəhbərliyi görüşəcək.


"APA-Economics" xəbər verir ki, bu barədə İSB-nin icraçı direktoru Elxan Quliyev məlumat verib.

O deyib ki, görüşdə "Audatex Azerbaijan" şirkətinin nizamnamə kapitalının 5%-i həcmində iştirak payının İSB tərəfindən alınması ilə bağlı danışıqlar aparılacaq.

Xatırladaq ki, 2015-ci ildə “Audatex Azerbaijan” şirkətinin nizamnamə kapitalındakı 5% həcmində iştirak payının İSB tərəfindən alınması ilə bağlı danışıqlar nəticə verməyib.

"Audatex Azerbaijan” şirkətinin nizamnamə kapitalındakı 5% həcmində iştirak payının İSB tərəfindən alınması ilə bağlı "Audatex (Schveiz) GMBH" və "Sidexa" şirkətləri ilə aparılan danışıqlar nəticəsində ümumi razılığa gəlinmədiyindən 2015-ci ildə iştirak payının alqı-satqısının həyata keçirilməsi mümkün olmayıb.

Xatırladaq ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlərin qiymətləndirilməsi sahəsində Azərbaycanda vahid yanaşma və qiymətləndirmə sisteminin tətbiqi istiqamətində Büro tərəfindən həyata keçirilmiş işlərin tərkib hissəsi olaraq "Audatex (Schveiz) GMBH" və "Sidexa" şirkətləri ilə Büro arasında 2014-cü ilin dekabr ayında bağlanmış “Birgə fəaliyyət haqqında” müqaviləyə uyğun olaraq müvafiq işlər görülüb. Müqavilənin şərtlərinə əsasən “Audatex (Schveiz) GMBH” və “Sidexa” şirkətləri tərəfindən “Audatex Azerbaijan” şirkəti təsis edilməklə 2015-ci ilin martın 12-də dövlət qeydiyyatına alınıb. Ötən ilin oktyabrın 1-dən etibarən “Audatex Azerbaijan” şirkətinin Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlərin qiymətləndirilməsi sahəsində təqdim etdiyi proqram təminatı istifadəyə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR