® Azərbaycanda Samsung GALAXY Alpha, Note 4 və Note Edge modelləri təqdim edilib - FOTO

<font color=red>® </font>Azərbaycanda Samsung GALAXY Alpha, Note 4 və Note Edge modelləri təqdim edilib - <span style="color: red;">FOTO
# 13 oktyabr 2014 13:54 (UTC +04:00)

Bakı - APA-Economics. Samsung Electronics şirkəti 4.7 düym ekranlı Galaxy Alpha və 5.7 düym ekranlı Galaxy Note 4-ü 28 May küçəsində yerləşən Samsung brend mağazasında təqdim edib.

Samsung Electronics şirkətinin Qafqaz üzrə direktoru cənab Sangpil Çan tədbirdə çıxış edərək bildirib ki, Samsung şirkəti mobil telefonlarını təkmilləşdirməyə davam edir - onların imkanlarını daha funksional, dizaynını daha dəbli edir. Onun çıxışından sonra yeni Galaxy flaqmanlarının texniki göstəriciləri və üstünlükləri barədə məlumat verilib.

Tez bir zamanda artıq ölkəmizdə də Samsung Galaxy Alpha alıcıları onun nazik dizaynlı, kompakt ölçülü, metal çərçivəli və xoş teksturalı korpusunu qiymətləndirə biləcəklər. Qeyd edək ki, bu qurğu Galaxy ailəsinə məxsus bütün texniki üstünlüklərini və premium smartfonlarının innovasiyalarını özündə birləşdirir. Eleqant və praktiki Samsung Galaxy Alpha optimal stil və ən müasir texnologiyaların sintezini edib.

Samsung Electronics yeni Galaxy Note 4 və Galaxy Note Edge ilə öz Galaxy Note flaqman xəttinin başa çatdığını elan edib. Təkmilləşdirilmiş S Pen və təsviredilməz vizual təəssüratların gözəl birləşməsi Galaxy Note 4 öz istifadəçilərinə bazarda unikal bir qabaqcıl istifadəçi təcrübəsini verəcək.

Galaxy Note Edge Samsung şirkətinin qabaqcıl innovasiyalı mobil texnologiyaların və istifadəçi təcrübəsinin təkmilləşdirilməsinin ən bariz məhsuludur. Galaxy Note Edge-də unikal əyri ekran tez-tez istifadə olunan proqramlara, bildirişlərə və cihazın digər funksiyalarına, hətta ekran bağlı olanda belə (bir barmaq toxunuşu ilə ekranın yan hissəsindən) sürətli girişi təmin edir. İstifadəçilər həmçinin videoya baxdıqları zaman məzmundan yayınmadan bildirişləri yan ekrandan ala bilərlər.

Tədbirin sonunda Samsung Electronics şirkəti Azərbaycan alıcılarının sevdiyi öncədən sifariş aksiyası haqqında bildirib. Samsung Galaxy Alpha və Samsung Galaxy Note 4 modelləri üçün öncədən sifariş oktyabrın 10-dan 24-nə qədər planlaşdırılıb. Funksional dəb 4.7 düym ekranlı Galaxy Alpha və ya dəbli funksionallıq 5.7 düym ekranlı Galaxy Note 4 oncədən sifariş edib 100 manatlıq orijinal Samsung aksessuarları üçün kupon əldə edə bilərsiniz. Bundan əlavə, bu iki flaqman ilə 28 May küçəsində yerləşən Samsung brend mağazasında tanış olmaq mümkündür. Həmçinin, bütün Note 4 ve Alpha alıcıları Azercell-in Hədsiz tarifə bir illik 50% endirimlə qoşula bilərlər.

Aksiya ilə bağlı bütün şərtlərlə “Samsung Azərbaijan” Facebook səhifəsindən tanış ola bilərsiniz: (www.facebook.com/SamsungAzerbaijan)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR