Çində qocalar evində yanğın baş verib, 38 nəfər ölüb

Çində qocalar evində yanğın baş verib, 38 nəfər ölüb
# 26 may 2015 02:13 (UTC +04:00)

Bakı-APA. Çində qocalar evində baş vermiş yanğın nəticəsində 38 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Henyan əyalətinin Pindinşan şəhərində qeydə alınıb.

Xəsarət alanların ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisə yerində xilasedici əməliyyat davam edir. Yanğının baş vermə səbəbləri hələlik müəyyən edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR