Şəkidə evlərdən oğruluq edən şəxslər tutulub

Şəkidə evlərdən oğruluq edən şəxslər tutulub
# 01 iyul 2016 17:10 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə evlərdən oğruluq edən şəxslər həbs saxlanılıb.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəki şəhər sakini Xeybər Yisifov yaşadığı mənzildən bir ədəd “Samsunq” markalı televizorun oğurlanması barədə polisə müraciət edib.

Məlumat əsasında aparılmış əməiyyat-axtarış tədbiri zamanı Xeybər Yusifovun yaşadığı evdən oğruluq edənlərin Şəki şəhər sakinləri - 1994-cü il təvəllüdlü Kənan Çələbi oğlu Qeysəddinov və tanışı 1997-ci il təvəllüdlü Vüqar Rahib oğlu Qədirzadə olduğu müəyən olunub.

Keçirilmiş tədbir nəticəsində hər iki şəxs tutularaq istintaqa təhvil ediliblər.

Tutulanlardan Vüqar Qədirzadənin ətrafında aparılan axtarış tədbirləri zamanı məlum olub ki, o, 2015-c ilin mart ayında Şəki sakini Mehman Hüseynova məxsus mənzildən müxtəif qızıl -zinət əşyaları və dəyəri 2 min manat olan kişi qol saatı oğurlayıb.


Hər iki faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, araşdırılma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR