Ötən ay 15 nəfər dərmandan zəhərlənmə ilə bağlı Klinik Tibbi Mərkəzə müraciət edib

Ötən ay 15 nəfər dərmandan zəhərlənmə ilə bağlı Klinik Tibbi Mərkəzə müraciət edib
# 04 dekabr 2014 08:14 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Noyabrda dərmanların əlavə təsiri nəticəsində allergik reaksiyadan zərər çəkən 15 nəfər Klinik Tibbi Mərkəzə müraciət edib. Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, dərmandan zəhərlənənlərdən 8-i xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, xəstələrin hər birinə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Dərmandan zəhərlənmə hallarının hamısının Bakıda baş verdiyini deyən A. Maqsudov qeyd edib ki, əsasən antibiotiklərin və vitamin preparatlarının təsiri nəticəsində belə hallar qeydə alınır.

Şöbə müdiri qeyd edib ki, noyabrda xəstəxanaya sirkə turşusundan zəhərlənmə ilə bağlı 32 nəfər müraciət edib və onların hamısı xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR