MKİ direktoru: “İŞİD Qərbdə yenidən terror həyata keçirə bilər”

MKİ direktoru: “İŞİD Qərbdə yenidən terror həyata keçirə bilər”
# 16 iyun 2016 11:36 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “ "İŞİD" terror təşkilatı bundan sonra da Qərb ölkələrində terror aktları həyata keçirməyə cəhd edəcək”.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennanın Senatın Kəşfiyyat komitəsində edəcəyi çıxışın mətnində deyilir. Mətn “Associated Press” agentliyi tərəfindən yayılıb.

Mətndə qeyd edilib ki, İŞİD-in Qərb ölkələrində terror aktları həyata keçirməyə imkan verəcək qədər döyüşçüsü var: “Hazırda İŞİD öz adamlarını ya qaçqın, ya da adi səyahətçi kimi göndərməyə çalışır. İŞİD Paris və Brüsseldə olduğu kimi, həm birbaşa hücumlar, həm də tərəfdarları vasitəsilə terror aktları həyata keçirmək niyyətindədir”.

MKİ-nin direktoru İŞİD-i “təhlükəli düşmən” adlandırıb. Eyni zamanda, mətndə deyilir ki, İŞİD iki il əvvəl Mosulu işğal edərkən Əbu Bəkr əl Bağdadinin vəd etdiklərini həyata keçirməkdən çox uzaqdır: “Lakin koalisiya qüvvələrinin Suriya və İraqdakı hərbi uğurlarına baxmayaraq, bizim cəhdlərimiz hələ də qruplaşmanın terror aktları həyata keçirmək və bütün dünyada fəaliyyət göstərmək imkanlarını zəiflətmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR