Bank Of Baku

Xaçmazda qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Xaçmazda qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb
# 11 iyun 2018 16:57 (UTC +04:00)

Xaçmazda oğurluq faktının üstü açılıb. 
 
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayında rayon ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini Vüsal Ağammədov saxlanılıb. 


Dindirilmə zamanı V. Ağammədov törətdiyi cinayət əməlini etiraf edib. O, fevralın 6-da gecə saatlarında zərərçəkənin evinə gizli yolla girərək oradan 4000 manat dəyərində olan qızıl-zinət əşyaları və 1 ədəd mobil telefon götürdüyünü, oğurladığı qızıl-zinət əşyalarını dəyərindən ucuz qiymətə satdığını bildirib. 
 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR