Avropa İttifaqı diplomatik xidmətinin yeni baş katibi bəlli olub

Avropa İttifaqı diplomatik xidmətinin yeni baş katibi bəlli olub
# 15 iyun 2016 19:43 (UTC +04:00)

Bakı-APA. Avropa Xarici Siyasət Xidməti baş katibinin müavini, almaniyalı diplomat Helqa Şmidt sentyabrın 1-dən qurumun baş katibi vəzifəsinin icrasına başlayacaq.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, o bu postda fransız Alen Leruanı əvəz edəcək.

Helqa Şmidt 2011-ci ildən Avropa Xarici Siyasət Xidməti baş katibinin müavini vəzifəsində çalışıb. Bildirilir ki, bu il xanım Şmidt İranın nüvə proqramı üzrə danışıqlarda və Rusiya-Avropa İttifaqı münasibətlərinin müzakirəsində fəal iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR