Ukrayna son iki ayda Krıma 100 milyon dollar dəyərində mal tədarük edib

Ukrayna son iki ayda Krıma 100 milyon dollar dəyərində mal tədarük edib
# 15 aprel 2015 01:44 (UTC +04:00)

Bakı-APA. Ukrayna 2015-ci ilin ilk iki ayı ərzində Krıma 100 milyon dollar dəyərində mal göndərib. APA-nın məlumatına görə, bu barədə UNİAN Dövlət Statistika Xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunan müddət ərzində Krımdan Ukraynaya isə 4 mln dollar dəyərində mallar göndərilib.

Qeyd edək ki, bundan əvvəl verilən xəbərə görə, Ali Radanın deputatları yaxın günlərdə Krıma istənilən malların göndərilməsinə (həyati əhəmiyyətli mallar istisna olmaqla) tam qadağa qoyulması məsələsinə baxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR