Azərbaycanda əlilliklə bağlı yeni qanun layihəsi hazırlanacaq

Azərbaycanda əlilliklə bağlı yeni qanun layihəsi hazırlanacaq
# 28 noyabr 2014 13:59 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda "Əlilliyin qarşısının alınması, əlillərin sosial reabilitasiyası və sosial müdafiəsi haqqında" yeni qanun layihəsinin hazırlanacaq.

APA-Economics”in məlumatına görə, bunu Milli Məclisinin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

Onun sözlərinə görə, qanun layihəsi ilə bağlı ictimai dinləmələr keçiriləcək.

H. Rəcəbli bildirib ki, ilkin olaraq bu istiqamətdə müvafiq qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin hazırlanması qərara alınsa da, sonradan yeni qanun layihəsinin işlənilib hazırlanması məqsədəuyğun sayılıb: “Mövcud dəyişikliklərlə bağlı qanun layihəsini hazırlasaq, bütün məsələləri orada əhatə edə bilməyəcəyik, ona görə də tam yeni qanun layihəsi üzərində işləməyi nəzərdə tuturuq. Bununla bağlı Nazirlər Kabineti, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq işlər görülür. Dekabrın 10-da bu qanun layihəsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də QHT-lərlə birgə ictimai dinləmələr keçirməyi nəzərdə tuturuq”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR