Ağdamda tikili və içindəki avtomobil yanıb

Ağdamda tikili və içindəki avtomobil yanıb
# 18 fevral 2017 03:33 (UTC +04:00)

Ağdamda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağdam rayonu, Səfərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan köməkçi tikilinin, ona bitişik ümumi sahəsi 6 m2 olan talvarın yanar konstruksiyaları və talvarın altında dayanmış “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 04:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR