Qazaxda piyadanı avtomobil vurub

Qazaxda piyadanı avtomobil vurub
# 26 yanvar 2018 16:19 (UTC +04:00)

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Qazax şəhərində olub.

Yolu keçmək istəyən təxminən 40 yaşlarında kişini avtomobil vurub. Sürücü xəsarət alan şəxsi dərhal xəstəxanaya aparıb. Piyadanın sərxoş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR