Bakıda beton maneəyə çırpılan "Mercedes"-in sürcüsü xəsarət alıb

Bakıda beton maneəyə çırpılan  "Mercedes"-in sürcüsü xəsarət alıb
# 04 aprel 2018 00:25 (UTC +04:00)

Bakının Sabunçu rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nin xəbərinə görə, hadisə Böyük Şor şossesində qeydə alınıb.
Heydər Əliyev prospektindən hava limanı istiqamətində yüksək sürətlə hərəkət edən "Mercedes" markalı minik maşını Sabunçu dairəsi yaxınlığında yeni yol qovşağının tikintisi ilə əlaqədar düzülmüş beton maneələrə çırpılıb. Sürücünün maneələri vaxtında görə bilməməsi səbəbindən avtomobil ciddi deformasiyaya uğrayıb, xəsarət alan sürücü isı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.


Avtoqəzanın təfərrüatlarını Sabunçu polisi araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR