Xəzərdə naməlum kişi cəsədi aşkar edilib

Xəzərdə naməlum kişi cəsədi aşkar edilib
# 29 iyul 2018 17:23 (UTC +04:00)

Bu gün Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 6 km aralı, nəzarətsiz ərazi) naməlum kişi cəsədi aşkar edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR