İyulda Azərbaycanda kommersiya banklarının xarici borclanması 1%-ə yaxın artıb

İyulda Azərbaycanda kommersiya banklarının xarici borclanması 1%-ə yaxın artıb
# 08 sentyabr 2017 15:17 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 442,7 mln. manat və ya 6,87% artaraq 2017-ci ilin avqustun 1-nə 6 891 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu ilin iyun ayı ilə müqayisədə iyulda bankların xarici borclanması 90,6 mln. manat və ya 1,33% artıb.

Ümumiyyətlə, 2016-cı ilin dekabrı ilə müqayisədə bu ilin iyulunda bankların məcmu xarici öhdəliklərin həcmi 333,8 mln. manat və ya 4,62% artıb.

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2017-ci ilin avqustun 1-nə 3 075,6 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 993,5 mln. manat və ya 47,72% çoxdur. Məcmu xarici aktivlərin həcmində bu ilin iyun ayı ilə müqayisədə iyulda 89,6 mln. manat və ya 3%-lik artım baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR