"CDB Bank" mənfəətliliyini qoruyur

"CDB Bank" mənfəətliliyini qoruyur
# 25 oktyabr 2016 08:42 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Caspian Development Bank” ASC-nin ("CDB Bank") aktivlərinin həcmi 2016-cı ilin III rübündə 124,503 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29,5% çoxdur.

"APA-Economics" xəbər verir ki, cari ilin oktyabrın 1-nə bankın kredit portfeli 65,1% artaraq 114,640 mln. manat olub.

Hesabat dövründə depozit portfeli 37,5% artaraq 34,110 mln. manat, əhalinin əmanətlərinin həcmi isə 28,365 mln. manat təşkil edib.

Öhdəliklərin həcmi 2016-cı il oktyabrın 1-nə 54,846 mln. manat olub.

Yanvar-sentyabr ayları ərzində bankın məcmu kapitalı 37,7% artaraq 69 657,34 min manat, nizamnamə kapitalı isə dəyişməyərək 49 924,80 min manat təşkil edib.

Bankın gəlirləri hesabat dövrünün sonuna 11,405 mln. manat, xərcləri isə 5,508 mln. manat olub.

Qeyd edək ki, "CDB Bank" cari ilin III rübünü 10 mln. 528 min 320 manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR