Sumqayıtda məişət tullantıları poliqonunun icarədarı cərimələnib

Sumqayıtda məişət tullantıları poliqonunun icarədarı cərimələnib
# 07 may 2018 14:09 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reyd zamanı Sumqayıt şəhər məişət tullantıları poliqonunda məişət tullantılarının qanunvericiliyə uyğun qaydada zərərsizləşdirilmədiyi, yandırıldığı və nəticədə ətraf ərazilərə tüstü, kəskin qoxunun yayıldığı məlum olub.

Faktla bağlı poliqonun icarədarı Qəhrəmam Qəhrəmanov barəsində protokol tərtib olunub və o, fiziki şəxs qismində 600 manat məbləğində cərimə edilib. Qanun pozuntusunun aradan qaldırılması üçün Q.Qəhrəmanova icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR