Səhiyyə naziri: "Təcili yardıma müraciətlər son illər iki dəfəyə yaxın artıb"

Səhiyyə naziri: "Təcili yardıma müraciətlər son illər iki dəfəyə yaxın artıb"
# 06 fevral 2018 14:09 (UTC +04:00)

"İndiyə kimi 55 uşağa sümük iliyi köçürülüb”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bunu nazir Oqtay Şirəliyev Nazirlikdə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş toplantıda deyib. O bildirib ki, ölkədə transplantologiya inkişaf edir: “Vətəndaşlar artıq əməliyyat üçün xaricə getmək zərurətindən azad ediliblər. İndiyə kimi 500 insana böyrək, 100-ə yaxın insana qaraciyər köçürülüb. Bu qrup insanlar zəruri qayğı ilə əhatə ediliblər”.

O. Şirəliyev qeyd edib ki, təcili yardıma müraciətlər son illər iki dəfəyə yaxın artıb: “Təcili yardıma 1000-ə yaxın avtomobil təqdim edilib. Sanaviasiya xidməti göstərilir, zəruri hallarda vətəndaşlara regionlarda, yerlərdə Bakıdan ezam edilən mütəxəssislər tərəfindən xidmət göstərilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR