Borc pul müqabilində vətəndaşların əmlakını mənimsəyən qadına hökm oxunub

Borc pul müqabilində vətəndaşların əmlakını mənimsəyən qadına hökm oxunub
# 06 dekabr 2016 12:12 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mətanət Gülməmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M. Gülməmmədova 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dələduzluq yolu ilə 12 vətəndaşa qarşı külli miqdarda ziyan vuran və barəsində axtarış elan olunmuş, 1964-cü il təvəllüdlü Gülməmmədova Mətanət İnqilab qızı həbs edilib.

Məlum olub ki, təqsirləndirilən şəxs faizlə pul vermək adı ilə vətəndaşları aldadıb. Verdiyi borc pulun təminatı kimi onların evlərini alqı-satqı yolu ilə öz adına keçirib.

Zərərçəkmiş Səkinə Sadıxovanın təxminən 300 min manat olan obyekti mənimsənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR