Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ olub
# 30 oktyabr 2016 15:49 (UTC +04:00)

Bu gün Gürcüstanın şərqində zəlzələ qeydə alınıb.

APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, zəlzələ barədə İlya Dövlət Universitetinin Seysmoloji Monitorinq Mərkəzi məlumat verib.

Zəlzələ 3,2 bal gücündə olub. Zəlzələnin episentri Şərqi Gürcüstanın Kaxeti bölgəsinin Kvareli şəhərindən 16 km şərqə, Saruso kəndindən 11 kilometr uzaqlıqda, 10 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntı barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR