Azərbaycan və “Cisco” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Azərbaycan və “Cisco” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
# 28 noyabr 2016 16:01 (UTC +04:00)

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ABŞ-ın məşhur “Cisco Systems” şirkətinin baş vitse-prezidenti Maykl Ganzer ilə görüşüb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə şirkətlə yeni əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, mövcud potensialdan səmərəli istifadə ilə bağlı irəli sürülən təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanda İKT və yüksək texnologiyalar sahəsində həyata keçirilən dövlət siyasətindən söz açan R. Quluzadə sahə üzrə perspektiv planlar və prioritet istiqamətlər barədə danışıb. Azərbaycanla qurulan əməkdaşlıqdan məmnunluğunu ifadə edən M. Ganzer tərəfdaşlıq çərçivəsində həyata keçirilən layihələrdən, o cümlədən şirkətinin Azərbaycanın rəqəmsallaşdırılması layihəsi ilə bağlı ideyasından danışıb. O, Qafqaz regionunda ilk Tier-III səviyyəli data mərkəzin Azərbaycanda tikintisi ilə bağlı avadanlıq, proqram təminatı, texniki həll yolları məsələlərinin “Cisco” şirkətinə həvalə olunmasına görə təşəkkürünü bildirib.

Daha sonra ölkə üçün strateji İT layihələri, kibertəhlükəsizlik, mütəxəssislərin İT sahəsində bacarıqlarının inkişafı üzrə müzakirələr aparılıb.

Qeyd edək ki, “Cisco” şirkəti Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR