Oğurluq edən üç yeniyetmə saxlanılıb

Oğurluq edən üç yeniyetmə saxlanılıb
# 27 fevral 2019 10:52 (UTC +04:00)

Qubada oğurluq edən üç yeniyetmə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xınalıq kənd ərazisində yerləşən iki fərdi yaşayış evindən oğurluq edən üç yeniyetmə tutulub.

Dindirilmə zamanı həmin yeniyetmələr törətdikləri oğurluq əməllərini etiraf ediblər. Araşdırmalarla məlum olub ki, onlar zərərçəkənlərin evdə olmadığı vaxtlarda qanunsuz olaraq evlərə daxil olaraq, ümumilikdə iki evdən 2 ədəd “Samsung” markalı mobil telefon, 2 ədəd qol saatı, 1 ədəd durbin, 1 ədəd “İj” markalı ov tüfəngi, 1 ədəd patrondaş və 12 ədəd patron, 1 ədəd süngü-bıçaq, həmçinin məişət avadanlıqları və geyim əşyaları oğurlayıblar.

Oğurlanmış əşyalar maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR