Həmsədrlər Nalbandyanla Qarabağ nizamlanmasını müzakirə ediblər

Həmsədrlər Nalbandyanla Qarabağ nizamlanmasını müzakirə ediblər
# 27 mart 2017 14:37 (UTC +04:00)

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanda səfərdədir.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, onlar Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlama prosesinin irəliləməsinə dair addımlar müzakirə olunub. Tərəflər Vyana və Sankt-Peterburq razılaşmalarının yerinə yetirilməsinə ehtiyac olduğunu vurğulayıb.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri martın 10-11-də Azərbaycanda səfərdə olublar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR