Səfirlik: Odessada tikintisi planlaşdırılan “Azərbaycan” parkında baş verənlər xuliqanlıqdır

Səfirlik: Odessada tikintisi planlaşdırılan “Azərbaycan” parkında baş verənlər xuliqanlıqdır
# 27 noyabr 2017 12:08 (UTC +04:00)

”Ukraynanın Odessa şəhərində tikilməsi planlaşdırılan “Azərbaycan” parkındakı lövhənin boya ilə ləkələnməsi xuliqanlıq hərəkəti kimi qiymətləndirilməlidir”.

Azərbaycanın Ukraynadakı səfirliyindən APA-ya verilən məlumata görə, bu barədə səfirliyin açıqlamasında deyilir.

Azərbaycanın Ukraynadakı səfirliyi bu cür xuliqanlıq hərəkətlərinin siyasiləşdirilməsini qətiyyətlə pisləyir və Kütləvi İnformasiya Vasitələrini həssas mövzulara diqqətlə yanaşmağı tövsiyə edir.

Qeyd olunur ki, həmin parkın tikintisi 2012-cü ildə SOCAR şirkəti tərəfindən nəzərdə tutulsa da, maliyyə çətinliyinə görə, bu günə qədər hər hansı abadlıq işləri görülməyib. Sadəcə sonradan məlumatlandırma lövhəsi qoyulub. Bu ötən müddətdə həmin ərazi baxımsız qalıb. “Sözsüz ki, ərazi baxımsız qaldığından, bu cür xuliqanlıq hərəkətləri qaçılmaz olur. Əgər həmin park “Azərbaycan” parkı kimi fəaliyyətə başlasaydı, ərazi nəzarətdə olardı və iki ölkənin münasibətlərini pozmağa cəhd edən bu cür xuliqanlıq hərəkətləri baş verməzdi”, - deyə açıqlamada vurğulanır.

Azərbaycanın Ukraynadakı səfirliyi baş verən xuliqanlıq hərəkəti ilə bağlı Odessa şəhərinin icra strukturları ilə əlaqə saxlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR